USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov Britaniyaya getdi

19.06.2023 Siyasət
14 4
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.

Bu barədə Kommersant.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.