USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Ukraynayla bağlı fikir dəyişib

21.06.2023 Siyasət
21 31
Ukraynanın NATO-ya qəbulu ilə bağlı Fransanın mövqeyinin dəyişdiyi bildirilib.

Kommersant.az xəbər verir ki, Paris Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişib. Bu barədə “Le Monde” qəzeti Fransa hökumətindəki öz mənbəsinə istinadən bildirib.

Nəşr Ukraynanın NATO-ya daxil olması ilə bağlı Fransanın mövqeyinin dəyişməsindən bəhs edib və qeyd edib ki, Paris bu məsələdə Kiyevə dəstək vermək planları var və bu imkanı ölkənin təhlükəsizliyinin müstəqil təminatı kimi nəzərdən keçirir. Belə ki, Müdafiə Şurasının Yelisey sarayında keçirilən iclasında Ukraynanın alyansa daxil olması müzakirə olunub.

“Bu perspektivin işarəsi Ukrayna prezidenti Vladimir Zelenskini əks-hücumun nəticələrindən asılı olaraq uyğun gördüyü vaxt danışıqlara başlamağa inandıra bilər”, - deyə qeyd ediblər.

Eyni zamanda jurnalistlər əlavə ediblər ki, Fransa münaqişənin ortasında Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcək.

Bundan əvvəl Fransanın Patriotlar partiyasının lideri, Avropa Parlamentinin keçmiş üzvü Florian Filippo Aİ-nin Ukraynaya yeni yardım paketini pisləyib. Onun fikrincə, Kiyevə 50 milyard avronun ayrılması münaqişənin uzanması təhlükəsi yaradır.