USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pentaqon Ukraynaya köçürülən hərbi yardımın dəyərini şərh edib

21.06.2023 Siyasət
46 8
2022 və 2023-cü maliyyə illərində ABŞ-ın Ukraynaya hərbi yardımının dəyəri əvvəlcədən düşünüldüyündən 6,2 milyard dollar az olub. TASS xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Departament hesablamalarda səhv aşkar etdikdən sonra yoxlama aparıb. Pentaqonun qeyd etdiyi kimi, söhbət 2021-ci il oktyabrın 1-dən bu günə qədər olan müddətdən gedir. Sinq izah etdi ki, bu və ya digər avadanlığın tədarükü maliyyə hesabatlarına daxil edilərkən onun dəyəri deyil, müxtəlif xərclərlə qiyməti göstərilir.

Qeyd edək ki, daha əvvəl Pentaqonun Ukraynaya təhvil verilən silahların dəyərini səhvən 3 milyard dollar artırdığı bildirilmişdi.