USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda toz fırtınası: 330 nəfər xəstəxanaya yerləşdirilib

25.06.2023 Siyasət
55 13
İranın Sistan-Bəlucistan əyalətində son üç gündə toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.

Kommersant.az xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetmə Baş direktoru Məcid Mohibbi mövzu ilə bağlı açıqlama verib.

Mohibbi, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbilə son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib.

Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin etdiklərini bildirib.

Mollaşahi xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar.