USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran XİN rəhbərinin Azərbaycana səfəri münasibətlərə necə təsir edəcək?

05.07.2023 Siyasət
26 26
“İranla Azərbaycanın münasibətlərinin düzəlməsi və normallaşması daha çox İrandan, onun özünü necə aparmasından və həyata keçirdiyi siyasətdən asılıdır".

Kommersant.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycan etdiyi səfərindən və bu səfərin iki ölkə arasındakı münasibətlərə təsiri haqqında danışarkən deyib.

“İran XİN rəhbərinin Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantında iştirak etmək üçün Azərbaycana gəlməsi təbiidir və belə bir tədbirdə iştirakı da normaldır. Sadəcə, burada mahiyyət odur ki, münasibətlərin düzəlməsi və normallaşması onlardan asılıdır”, deyə deputat əlavə edib

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın tələbləri və şərtləri məlumdur:

“Yəni Azərbaycan nə istəyir, Azərbaycanın tələbi nədir, bunlar hamısı məlumdur. Artıq burada münasibətlərin normallaşması daha çox İranın Azərbaycanın tələblərini yerinə yetirməsindən asılıdır. Əgər İran səmimi olarsa, Azərbaycana qarşı təxribatlara son qoyarsa, Bakıya qarşı təxribatlardan imtina edərsə, əlbəttə, münasibətlər normallaşa bilər".

Deputat əlavə edib ki, münasibətlərin gələcəyi İranın növbəti mərhələdə həyata keçirəcəyi siyasətdən asılıdır:

“Ancaq bunları etmədən yenə də eyni formada Azərbaycana qarşı təxribatlar davam edərsə və tələblər yerinə yetirilməzsə, münasibətlərdə hansısa yenilikdən söhbət gedə bilməz. Biz inanmaq istəyirik ki, İran bundan Azərbaycanla bağlı siyasətində daha diqqətli və məsuliyyətli olacaq, bu da əlaqələrimizin inkişafına öz töhfəsini verəcək”.Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclasında iştirak etmək üçün ötən gün Azərbaycan gəlib.