Peskov Rusiyasız taxıl sazişinin həyata keçirilməsinin risklərini qiymətləndirib.
Kommersant.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyasız taxıl sazişinin həyata keçirilməsinin risklərini qiymətləndirib.
“Burada, əlbəttə ki, hərbçilərimiz tərəfindən şərh edilməli olan bir sual var, çünki söhbət birbaşa döyüş bölgəsinə yaxın olan zonadan gedir. Müvafiq təminat olmadan isə müəyyən risklər var”.
Kreml sözçüsü bu riskləri nəzərə almağa çağırıb, lakin Moskva bu riskləri nə dərəcədə və hansı ölkələrin öz üzərinə götürməyə hazır olduğunu deyə bilmir.