ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, hazırkı prezident Co Bayden 2024-cü ildə ikinci müddətə yenidən seçilərsə, vəzifəsini yaxşı yerinə yetirə bilməyəcək.
Associated Press - NORC tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 77 faizi Baydeni "çox köhnə", "ləng" və "çaşqın" biri kimi görür.
Respublikaçılar Partiyasının tərəfdarları arasında 89 faiz Baydeni yenidən seçilmək üçün yararsız hesab edib. Demokrat Partiyasının tərəfdarlarının 69 faizi onlarla razıdır.
Maraqlıdır ki, rəyi soruşulanların yalnız 1 faizi keçmiş prezident Donald Trampı qoca hesab edir.