USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Respublikaçıların favoritidir

06.09.2023 Siyasət
0 0
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 52 faizlə Respublikaçılar partiyasının namizədlərini qabaqlayır.

CNN tərəfindən təşkil edilən sorğu göstərdi ki, Tramp ştat və federal ittihamlara baxmayaraq Respublikaçılar arasında populyar olaraq qalır.

Sorğuya görə, Tramp ən yaxın izləyicisi Florida ştatının qubernatoru Ron DeSantisi 52 faizlə 34 xal qabaqlayıb və Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında liderliyi indiyədək qoruyub saxlayır. DeSantis 18 faizdə ilişib qalıb.

Digər namizədlər geridə qaldı

Keçmiş vitse-prezident Mayk Pens və ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli 7 faizlə DeSantisi, 6 faiz iş adamı Vivek Ramasvami, 3 faiz Cənubi Karolina senatoru Tim Skott, 2 faiz Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və qalan digər namizədləri izləyir.