USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

G7-nin sanksiyaları Rusiya xəzinəsini çətinliyə salacaq

17.09.2023 Siyasət
0 0
G7 ölkələri yanvarın 1-dən Rusiyadan almaz idxalına qadağa qoymağı planlaşdırır. Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.

Beynəlxalq mətbuatda yer alan xəbərə görə, G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağa qoyma qərarını 3 həftə ərzində açıqlaması gözlənilir.

Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək.

Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və rus almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq.

G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.

Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.

Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.

Dünyadakı kobud almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır.