USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğan ABŞ prezidenti Baydenin verdiyi ziyafətdə iştirak edib

20.09.2023 Siyasət
1 0
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden və xanımı tərəfindən nümayəndə heyətlərinin başçıları və xanımlarının şərəfinə verilən ziyafətdə iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası üçün Nyu Yorka səfər edən prezident Ərdoğan təmaslarını davam etdirir. Prezident Ərdoğan, xanımı Əminə Ərdoğan ilə birlikdə Bayden və xanımının verdiyi ziyafətə qatılıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyindəki qəbulda təxminən bir saat qaldılar.