Birləşmiş Ştatlar bəyan edib ki, Çin Şimali Koreyaya təsirindən bu ölkəni “gərginliyi azaltmaq və diplomatiyaya qayıtmaq üçün addımlar atmağa” təşviq etmək üçün istifadə etməlidir.
Birləşmiş Ştatlar bəyan edib ki, Çin Şimali Koreyaya təsirindən bu ölkəni “gərginliyi azaltmaq və diplomatiyaya qayıtmaq üçün addımlar atmağa” təşviq etmək üçün istifadə etməlidir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Rusiya, Çin və Şimali Koreya arasında artan əməkdaşlıqla bağlı sualı cavablandırıb.
Çinin Şimali Koreyanı “gərginliyi azaltmaq və diplomatiyaya qayıtmaq üçün addımlar atmağa” təşviq etmək üçün “unikal mövqeyə” sahib olduğunu ifadə edən Miller, Pekinin bu mövzuda Pxenyanı təşviq etmək üçün öz təsirindən istifadə etməli olduğunu bildirib.