USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistan və Kanada arasında "Sikh böhranı" gərginləşir

04.10.2023 Siyasət
0 0
Hindistanın Kanadadan ölkədəki 62 kanadalı diplomatdan 41-ni geri çağırmasını tələb etdiyi iddia edilib.

Təhlükəsizlik səbəbilə adını açıqlamaq istəməyən bir məmur Hindistanın Kanadadan tələblərindən danışıb.

Rəsmi bildirib ki, tələb Hindistandakı 62 kanadalı diplomatdan 41-nin ölkədən çıxarılmasını nəzərdə tutur.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar hələlik məsələ ilə bağlı açıqlama verməsə də, Kanadanın baş naziri Castin Tredau jurnalistlərə verdiyi açıqlamada iddialara münasibət bildirməsə də, “gərginliyi artırmaq fikrində deyillər” deyib.