USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ExpressBank" 3-cü rübü azalmalarla başa vurdu

19.10.2023 Problemli Banklar
0 0
“ExpressBank” 2023-cü ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə “ExpressBank”ın xalis mənfəəti 11.28 faiz azalıb.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə 61 milyon 533 min manat artaraq 498 milyon 489 min manata çatıb. Bu artımda ən böyük pay kredit portfelinin üstünə düşüb. Belə ki, müştərilərə verilən kreditlər 63 milyon 226 min manat artaraq 360 milyon 310 min manata çatıb. Bu portfeldə istehlak kreditləri 25 milyon 971 min manat artaraq 185 milyon 340 min manata, biznes kreditləri isə 7 milyon 127 min manat artaraq 102 milyon 972 min manata, ipoteka kreditləri isə 30 milyon 128 min manat artaraq 71 milyon 998 min manata bərabərləşib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 571 min manat azaldaraq 4 milyon 885 min manata endirən “ExpressBank”ın xalis kreditləri 355 milyon 425 min manat olub.

“ExpressBank”ın öhdəliklər cəmi ötən ilin son rübü ilə müqyisədə 63 milyon 291 min manat və ya 20.56 faiz artaraq 371 milyon 112 min manat olub. Bu artımda depozit portfelinin payı cəmi 1 milyon manat olub. Belə ki, bankın depozit portfeli cəmi 1 milyon 19 min manat artaraq 194 milyon 126 min manata yüksəlib.

“ExpressBank”ın fiziki şəxslərdən topladığı əmanətlərin həcmi 4 milyon 604 min manat və ya 3.04 faiz azalaraq 146 milyon 634 min manata düşüb. Amma hüquqi şəxslərin əmanətləri 5 milyon 622 min manat artaraq 47 milyon 292 min manata çatıb.

“ExpressBank”ın kapital cəmi ötən ilin sonu ilə müqayisədə 1 milyon 75 min manat və ya 1.36 faiz azalaraq 127 milyon 377 min manata düşüb.

Ümumi ehtiyatlarını 684 min manat artıraraq 4 milyon 865 min manata yüksəltsə də bu da kapital cəmini azalmadan xilas edə bilməyib. Çünki “ExpressBank”ın bölüşdürülməmiş mənfəəti 2 milyon 441 min manat və ya 19.6 faiz azalaraq 9 milyon 968 min manata düşüb.

ExpressBank

2023 (III Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

498.489

436.956

61.533

Kredit

360.310

297.084

63.226

İstehlak kreditləri

185.340

159.369

25.971

Biznes kreditləri

102.972

95.845

7.127

Daşınmaz əmlak kreditləri

71.998

41.870

30.128

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

4.885

5.456

-571

Xalis Kreditlər

355.425

291.628

93.797

Cəmi Öhdəliklər

371.112

307.821

63.291

Depozit

194.126

193.107

1.019

Fiziki şəxslərin depozitləri

146.634

151.238

-4.604

Hüquqi şəxslərin depozitləri

47.492

41.870

5.622

Cəmi Kapital

127.377

129.135

-1.758

Səhmdar kapitalı

112.545

112.545

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

9.968

12.409

-2.441

Ümumi ehtiyatlar

4.865

4.181

684

Məcmu Kapital

125.196

126.544

-1.348

Bankın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 6 milyon 594 min manat artaraq 42 milyon 218 min manata, faiz xərcləri isə 4 milyon 87 min manat artaraq 11 milyon 346 min manata bərabərləşib. Buna görə də bankın xalis faiz gəliri 30 milyon 872 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 507 min manat və ya 8.83 faiz çoxdur.

“ExpressBank”ın qeyri-faiz gəliri 398 min manat artaraq 14 milyon 3 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 584 min manat artaraq 31 milyon 418 min manata yüksəlib. Nəticədə bank 13 milyon 457 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 322 min manat və ya 2.45 faiz çoxdur.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 16 min manat edən “ExpressBank”ın xalis mənfəəti 1 milyon 268 min manat və ya 11.28 faiz azalaraq 9 milyon 967 min manat təşkil edib.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.57 faiz azalaraq 2 faizə, kapitalının gəlirliyi (ROE) isə 0.88 faiz azalaraq 7.82 faizə düşüb.

ExpressBank

2023 (III Rüb)

2023 (III Rüb)

Fərq

Faiz Gəliri

42.218

35.624

6.594

Faiz Xərci

11.346

7.259

4.087

Xalis Faiz Gəliri/Zərəri

30.872

28.365

2.507

Qeyri-Faiz Gəliri

14.003

13.605

398

Qeyri-Faiz Xərci

31.418

28.834

2.584

Əməliyyat Mənfəəti (Zərəri)

13.457

13.135

322

Xalis Mənfəət (Zərər)

9.967

11.235

-1.268

ROA

2%

2.57%

-0.57%

ROE

7.82%

8.7%

-0.88%

  • Əvvəlki

    Müştərilər “ExpressBank”dakı pullarını geri çəkiblər

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0