USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağ erməniləri üçün Fransadan - 15 milyon avro

11.12.2023 Siyasət
0 1
Fransa Qarabağdan Ermənistana gedən erməni əhalisi üçün əlavə 15 milyon avro yardım edəcəyini açıqlayıb.

Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransa parlamentinin noyabrın 30-da Ermənistana və Ermənistana dəstək vermək qərarından sonra Qarabağı tərk edən ermənilərə 15 milyon avro yardım ediləcəyi bildirilib.

Bəyanatda bildirilib ki, yardım Ermənistan Qızıl Xaç Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumları və qeyri-hökumət təşkilatlarının işinə dəstək olacaq.

Qeyd olunub ki, bu yardımla Fransanın 2023-cü ildə Ermənistana yardımı 27,5 milyon avroya yüksəlib.