USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yunanıstandan Aİ-nin böyük kosmik layihəsinə şərh

11.01.2024 Siyasət
0 0
AP, IRIS² peyklərinin buraxılması layihəsinin "tam fiaskoya" çevrilə biləcəyini söylədi.

Avropa Parlamentinin (AP) Yunanıstan üzvü İoannis Laqos deyir ki, 170 IRIS² peykinin buraxılması ilə bağlı Aİ-nin böyük layihəsi, inkişaf mərhələsində "texnoloji cəhətdən köhnəlmiş" olması səbəbindən "tam fiaskoya" çevrilmək riski daşıyır. O, Avropa Komissiyasına (AK) müraciətində kosmik layihə ilə bağlı risklərdən danışıb.

“Aİ ümumi dəyəri 6 milyard avro olan 170 peykdən ibarət öz IRIS² peyk parkını yaratmağa qərar verdi. Bütün bu müəssisənin məqsədi müxtəlif səbəblərdən müasir telekommunikasiya infrastrukturuna malik olmayan Aİ-yə üzv dövlətlərin müxtəlif sahələrində rabitə xidmətləri göstərməkdir”, - deyə o xatırladıb.

Beləliklə, avropalı parlamentari IRIS² tenderinə əlavə edilən spesifikasiyalarda süni intellektin olmaması səbəbindən layihənin uğursuz olacağını proqnozlaşdırıb. Bununla əlaqədar olaraq, Avropa Parlamenti Avropa Komissiyasından layihənin “tam fiaskoya” çevrilə biləcəyi fonunda layihədə dəyişiklikləri asanlaşdırmaq niyyətində olub-olmadığını soruşub.

  • Əvvəlki

    “Belə bir hal olsa, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm” - VİDEO

Digər xəbərlər