Avropa Kosmik Uçuş: Ariane 6 raket pillələri kosmosa göndərilməyə hazırdır.
Avropanın perspektivli “Ariane 6” raketinin əsas və yuxarı pillələri Fransa Qvianasındakı Kuru kosmodromuna çatdırılmaq üçün hazırlanıb. Bu barədə “European Spaceflight” məlumat yayıb.
Hazırda daşıyıcının yuxarı pilləsi Almaniyanın Bremen şəhərində, əsas pilləsi isə Fransanın Le Mureau şəhərində yerləşir. Daşıyıcı elementlər fevralın ortalarına qədər Canopee yük gəmisi ilə Cənubi Amerikanın Pariacabo limanına daşınacaq.