USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Suriyanın paytaxtı Dəməşqi hədəfə alıb

29.01.2024 Siyasət
0 0
İsrailin Suriyanın paytaxtı Dəməşqin cənubuna endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İsrail Suriyanın paytaxtı Dəməşqin cənubundakı bir neçə nöqtəyə hava zərbələri endirib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə, yerli vaxtla saat 13:00-da Dəməşqin cənubundakı bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəf alındığı ifadə edilərək, “Zərər meydana gəldi. Hücum nəticəsində bir neçə mülki şəxs ölüb və yaralanıb” ifadələrdən istifadə edilmişdir.

İsrail hələ də hücumla bağlı açıqlama verməyib.

Dünən Suriyanın cənubundakı ABŞ hərbi bazasına PUA-nın həyata keçirdiyi hücumda 3 ABŞ əsgəri şəhid olub, 34 nəfər yaralanıb.