Bayden: Ukrayna yardımların kəsilməsi səbəbindən böhran vəziyyətindədir
Müttəfiqlərin yardımının azalması səbəbindən Ukrayna münaqişənin kritik nöqtəsindədir. Bloomberg xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
Amerika lideri qeyd edib ki, Ukrayna müttəfiqləri Kiyevi tərk edir, Ukrayna isə münaqişənin kritik nöqtəsindədir.
"Biz nə edirik? Biz geri çəkilirik?" - deyə Bayden ABŞ Senatında səsvermədən keçməmiş Ukraynaya maliyyə yardımı göstərilməsi ilə bağlı qanun layihəsinin uğursuzluğuna işarə edərək qəzəblənib.