USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən Rusiyaya tədarük ABŞ-ın təhdidləri səbəbindən kəskin şəkildə azalıb

26.02.2024 Siyasət
0 0
Aydınlık: Türk şirkətlərinin rəhbərləri Rusiya ilə işləmək səbəbiylə ABŞ-a qarşı təhdidlərdən danışıblar.

ABŞ-ın Rusiya ilə ticarət edən türk şirkətlərinə təhdidləri və ikinci dərəcəli sanksiyalar qorxusu səbəbindən Türkiyədən Rusiya Federasiyasına ixrac kəskin şəkildə azalıb. Bu barədə yerli “Aydınlık” qəzeti ölkənin biznes nümayəndələrinə istinadən yazır.

Köşə yazarı İsmət Özçelik qeyd edir ki, tədarüklər 2023-cü ilin yanvar ayı ilə müqayisədə 30 faizdən çox azalıb. “Səbəb ABŞ-ın sanksiyaları və təzyiqidir. Şirkətlər sanksiyalardan qorxurlar”, - deyə o, ixracatçı şirkətlərin rəhbərlərinin şərhlərinə istinad edərək bildirib.