USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə dinləmə keçirilir

28.02.2024 Siyasət
0 0
Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.

Kommersant.az-ın məlumatına görə, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bu sahənin ekspertlərinin və digər aidiyyəti şəxslərin iştirak edirlər.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər, rəy və təkliflərini səsləndirəcəklər.