USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Navalnının dəfn tarixi və yeri açıqlandı

28.02.2024 Siyasət
0 0
Aleksey Navalnı martın 1-də Moskvada yerləşən Borisov qəbirstanlığında dəfn olunacaq.

Kommersant.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Mətbuat katibi dəfndən əvvəl "Tanrının Anası" kilsəsində Navalnının dua mərasiminin keçiriləcəyini bildirib və istəyənləri dua mərasimində iştiraka dəvət edib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.

Qeyd edək ki, Navalnının nəşi fevralın 24-də anasına verilib.