USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran: Biz 72 saat əvvəl region ölkələrinə məlumat vermişik

15.04.2024 Siyasət
0 0
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hücumdan 72 saat əvvəl bölgə ölkələrini hücumun mahiyyəti barədə məlumatlandırdıqlarını bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian nazirlik binasında xarici ölkələrin ölkədəki səfirləri ilə məlumatlandırma görüşü keçirib.

Tehranda səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi toplantıda Abdullahiyan İsrailə hücumu dəyərləndirib.

“72 saat əvvəl region ölkələrini məlumatlandırdıq”

Abdullahiyan hücumu dəyərləndirərkən, "Hücumdan 72 saat əvvəl bölgə ölkələrinə hücumun mahiyyəti və bunun məhdud və cavab xarakterli olduğunu bildirdik" dedi.

Hücumu “özünümüdafiə” kimi xarakterizə edən Abdullahiyan, İran silahlı qüvvələrinin “doğru hesablamalarla pilotsuz uçuş aparatları və idarə olunan raketlərlə İsrail hərbi bazasını hədəf aldığını” və söz mövzusu bazanın İranın “F35” təyyarəsi olduğunu bildirib.

“Mülki yaşayış məntəqələri və ticarət sahələri hədəf alınmayıb”

İranın xarici işlər naziri Abdullahiyan İsrailin mühüm mərkəzini hədəf aldıqlarını bəyan edərək, “Özünümüdafiəsinin məhdud xarakter daşıması və sionist rejimin cəzalandırılması o deməkdir ki, cavabımızda heç bir mülki nöqtə hədəf alınmayıb” dedi.