USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peskov Yaxın Şərqdəki bütün ölkələri təmkinli olmağa çağırıb

15.04.2024 Siyasət
0 0
Peskov: Moskva Yaxın Şərqdəki bütün ölkələri təmkinli olmağa çağırır.

Moskva Yaxın Şərqdə gərginliyin artmasından narahatdır və bütün ölkələri təmkinli olmağa çağırır. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Daha eskalasiya heç kimin marağında deyil. Ona görə də təbii ki, biz bütün fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməsinin tərəfdarıyıq”, - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Bundan əvvəl məlum olub ki, “Yeddilik” (G7) ölkələrinin başçıları regiondakı vəziyyətdən narahat olduqları üçün İranın raket hücumuna cavab verərkən İsraildən münaqişənin genişlənməsinin qarşısını almağı xahiş edəcəklər. Video sammit formatında keçirilən görüşdən sonra ölkələr İsrailə dəstək ifadə edərək, İrandan hücumları dayandırmağı tələb edib, eyni zamanda Təl-Əvivin müttəfiqlərinin mümkün əks tədbirləri barədə xəbərdarlıq ediblər.