USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baydenə İranla bağlı təzyiqlər

15.04.2024 Siyasət
0 0
Axios: ABŞ konqresmenləri Baydendən İrana daha sərt yanaşma tələb edirlər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri prezident Co Baydenə təzyiq edərək, ondan İrana qarşı daha sərt yanaşmağı tələb edirlər. Bu barədə Axios portalı məlumat yayıb.

Portalın məlumatına görə, Nümayəndələr Palatası ABŞ-ın həm Demokratik, həm də Respublikaçı partiyalarından olan konqresmenlər “prezident Baydendən İrana qarşı sərt mövqe tutmasını tələb etdikləri üçün” bir sıra daxili mövzular üzrə planlaşdırılan səsvermədən imtina edib.

Bununla əlaqədar olaraq, Nümayəndələr Palatası bu həftə “İrana və onun tərəfdarlarına İsrailə genişmiqyaslı pilotsuz təyyarə hücumuna cavab olaraq sanksiyalara dair qanun layihələri üzrə” yeni səsvermələr təyin edib. Nəşrin yazdığına görə, qanun layihələri İrana qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini nəzərdə tutacaq və həmçinin anti-İsrail qruplarına, xüsusən də Fələstinin radikal HƏMAS hərəkatına qarşı yönələcək.

Bundan əvvəl məlum olmuşdu ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin zəngi səbəbindən İrana dərhal cavab hücumu təklifindən imtina edib.

  • Əvvəlki

    Peskov Yaxın Şərqdəki bütün ölkələri təmkinli olmağa çağırıb

Digər xəbərlər