USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden ailəsinin 2023-cü il vergi hesabatı

16.04.2024 Siyasət
0 0
Bildirilib ki, ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden 2023-cü maliyyə ilində illik ümumi gəliri 619 976 dollar olub və 146 629 dollar federal gəlir vergisi ödəyib.

Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilib. Bu, “Vergi günü” adlanır və ABŞ-da fərdi gəlir vergilərinin verilməsi üçün son gündür. Ağ Evdən verilən açıqlamada prezident Co Baydenin həyat yoldaşı ilə birlikdə gəlir vergisi verdiyi və ümumi gəlirlərinin 619 min 976 dollar olduğu bildirilib.

Açıqlamada, Bayden ailəsinin 2023-cü maliyyə ilində 146 min 629 dollar federal gəlir vergisi ödədiyi qeyd edilib. Açıqlamada həmçinin Bayden və həyat yoldaşının Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə isə 3 min 549 dollar gəlir vergisi ödədiyi, Bayden ailəsinin isə 17 müxtəlif xeyriyyə təşkilatına 20 min 477 dollar bağışladığı bildirilib.

Açıqlamada, "Prezident Bayden Amerika xalqına qarşı şəffaf olmaq əzmini bir daha göstərdi və vəzifədə olarkən ən çox vergi bəyannaməsini dərc edən prezident oldu."

Tramp heç vaxt açıqlama verməyib

Baydenin sələfi, keçmiş ABŞ prezidenti Donald Tramp 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.

ABŞ-da Vergi Günü

ABŞ-da fərdi gəlir vergisi bəyannamələrinin federal hökumətə təqdim edildiyi son gün Vergi Günü adlanır.

  • Əvvəlki

    YouTube "reklam blokerləri müharibəsini" genişləndirir

Digər xəbərlər