USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dünyanın ən sərt siqaret qadağalarından" biri İngiltərə parlamenti tərəfindən qəbul edilib

17.04.2024 Siyasət
0 0
İngiltərədə 2009-cu ildən sonra doğulanların ömürlərinin sonunadək siqaret ala bilməmələri üçün siqaret almaq yaşının aşağı həddinin hər il artırılmasını təklif edən qanun layihəsi ABŞ-ın aşağı palatası olan İcmalar Palatasında bəyənilib.

İngiltərə Baş naziri Rişi Sunakın kabinetdəki və öz partiyasının müxalifətinə baxmayaraq dəstəklədiyi “2009-cu ildən sonra doğulanların ömür boyu siqaret ala bilməyəcəyini” şərtləndirən qanun layihəsi İcmalar Palatasında səsə qoyulub.

İcmalar Palatasında səsvermə öncəsi millət vəkillərinin suallarını cavablandıran səhiyyə naziri Viktoriya Atkins siqaretin demansdan ölü doğuşa qədər bir çox xəstəliyin əsas səbəblərindən biri olduğunu və hər ay 75 min insanın səhiyyə müəssisələrinə müraciət etdiyini bildirib.

Siqaretə bağlı ölümlərin ildə 80 min civarında olduğunu ifadə edən Atkins, tütün istifadəçilərinin üçdə ikisinin uzun müddətdə siqaret səbəbiylə öləcəyi proqnozunu paylaşdı.

Millət vəkili İan Peysli Atkinsə verdiyi sualda bazar işçilərinə qarşı hər gün 1300 hücum olduğunu və bunun daha çox yaş məhdudiyyəti olan məhsullar almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunduğu üçün baş verdiyini bildirib.

Peysli hökumətin ərzaq mağazası işçilərinə qarşı zorakılığa qarşı hansı tədbirləri görəcəyini soruşdu.

Giles Watling sualında özünün də əvvəllər siqaret çəkdiyini, lakin daha pis vərdişlərə keçərək siqareti atdığını açıqlayıb. Watling, elektron siqaretlərin tütün məmulatlarını buraxmaqda faydalı olduğunu müdafiə edərək, bu məhsulun qadağan edilməsinə qarşı olduğunu bildirib.