USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan ABŞ açıqlaması

18.04.2024 Siyasət
0 0
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Ölkələrinin İsrailə hücumundan əvvəl ABŞ-ı məlumatlandırdıqlarını, ABŞ-ın bölgədəki bazaları və maraqlarının hədəf alınmayacağını” deyib.

Entekhab xəbər saytının məlumatına görə, Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün getdiyi Nyu Yorkda mətbuat mənsublarının suallarını cavablandırıb.

Abdullahiyan, “Biz əməliyyatdan əvvəl ABŞ-a (İsrailə) açıq şəkildə bildirdik ki, əməliyyatın başlamasından sonra İsrailə hərbi müdafiə dəstəyi verməmək şərti ilə bölgədəki ABŞ bazalarını və maraqlarını hədəf almayacağıq".

İsveçrənin iki ölkə arasında ünsiyyətə vasitəçilik etdiyini bildirən İranlı nazir, “Əməliyyatdan sonra bazar günü yerli vaxtla saat 02.30-da ABŞ-a göndərdiyimiz mesajda bölgədəki gərginliyi genişləndirmək istəmədiyimizi çatdırdıq", - deyə bildirib.

İran-İsrail gərginliyi

İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla ümumilikdə 7 İran rəsmisi həlak olub.

İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar cavab verəcəklər. İsrail İranın hücumuna cavab verəcəyini bəyan etmişdi.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.

İran bəzi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə qarşısı alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb.

İsrail mətbuatı iddia edib ki, Təl-Əviv rəhbərliyi İranın hava hücumuna “aydın və təsirli” cavab vermək qərarına gəlib.