USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail İrana cavab hücumuna görə məsuliyyəti üzərinə götürməyəcək

19.04.2024 Siyasət
0 0
JP: İsrail rəsmi olaraq İrana hücuma görə məsuliyyəti üzərinə götürməyəcək.

İsrail İrana qarşı cavab zərbəsinə görə məsuliyyəti boynuna almır. Bu barədə “The Jerusalem Post” (JP) məlumat yayıb:

“Strateji səbəblərə görə İsrail rəsmi olaraq İrana hücumun məsuliyyətini üzərinə götürməyəcək”, - deyə materialda deyilir.

Mənbələrə görə, Təl-Əviv məsuliyyəti üzərinə götürməyəcək, çünki Tehran hadisəni “zavod partlayışı” adlandırır və eskalasiyanın qarşısını almaq istəyir.

Bundan əvvəl məlum olub ki, İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırmır. ABŞ rəsmilərinin sözlərinə görə, İsfahana səhər hücumunun hədəfi nüvə olmayıb. İsrail tərəfinin şəhər yaxınlığındakı aviabazaya zərbələr endirməyi planlaşdırdığı dəqiqləşdirilir.