USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yamayka da Fələstini dövlət kimi tanıdı

24.04.2024 Siyasət
0 0
Barbadosdan sonra Yamayka da Fələstini dövlət kimi tanıdığını açıqlayıb.

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Naziri Kamina Conson Smit mətbuata açıqlamasında bildirib ki, “Yamayka uzun müddətdir davam edən münaqişəni (İsrail və Fələstin arasında) həll etmək üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafiə etməyə davam edir”.

Smit qeyd edib ki, Nazirlər Şurasının dünən keçirilən iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəliblər.

Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam etdiklərini bildirən Smit tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırıb.

Barbados administrasiyası aprelin 20-də Fələstini dövlət kimi tanımaq qərarına gəlib.