USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Argentina İranın daxili işlər nazirinə qırmızı xəbərdarlıq edib

25.04.2024 Siyasət
0 0
Argentina 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzində törədilən qırğına görə məsuliyyət daşıdığı iddia edilən İranın daxili işlər naziri Vahidiyə qarşı qırmızı xəbərdarlıq edib və onun həbs olunmasını istəyib.

Argentina Xarici İşlər Nazirliyi Pakistan və Şri-Lankada səfərdə olan İran nümayəndə heyətinin tərkibində olan daxili işlər naziri Əhməd Vahidinin saxlanılması üçün İnterpola müraciət edib.

Vaihidi 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin (AMİA) qətliamına görə məsuliyyət daşımaqda ittiham olunur.

Argentina Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Pakistan və Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibində olan Əhməd Vahidinin saxlanılmasına cəhd edildiyi bildirilib.

“Argentina 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinə hücuma görə məsuliyyət daşıyan və hələ də cəzasız olaraq öz vəzifələrini davam etdirənlərin beynəlxalq səviyyədə həbsini tələb edir”, - deyə bəyanatda deyilir.

Nazirlik Vahidinin saxlanması ilə bağlı sorğunun Pakistan və Şri-Lanka hökumətlərinə, həmçinin İnterpola çatdırıldığını açıqlayıb.

İranın rəsmi xəbər agentliyi İRNA bildirib ki, Vahidi Pakistan səfərindən sonra Tehrana qayıdıb və qubernatorlarla görüşdə iştirak edib.

Digər tərəfdən, Şri-Lanka mətbuatının məlumatına görə, ölkəyə gedən İran nümayəndə heyəti arasında Vahidinin adının hallandırılmadığı iddia edilib.

Argentina iddia edir ki, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş üzvü Əhməd Vahidi AMİA qətliamının arxasında duran adlardan biridir.

Argentina Xəzinədarlıq Nazirliyinin Maliyyə Məlumatları Bölməsi (UİF) də Federal Prokurorluğa İran lideri Əli Xamneyinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti və İranın daxili işlər naziri Vahidi də daxil olmaqla, 7 iranlının aktivlərinin dondurulmasını tələb edib.