Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransada saxlanılan Telegram mesajlaşma proqramının qurucusu və baş direktoru Pavel Durovun işini izlədiklərini açıqlayıb.
Fransada saxlanılan “Telegram” mesajlaşma proqramının təsisçisi və baş direktoru Pavel Durova qarşı ittihamlar arasında “hakimiyyətə məlumat verməkdən imtina etmək” də var. Durovla bağlı BƏƏ Xarici İşlər Nazirliyindən açıqlama verilib.
BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Fransa rəsmilərinin Paris hava limanında saxlanılan "Telegram"ın qurucusu BƏƏ vətəndaşı Pavel Durovun işini yaxından izlədiyi bildirilib.
Bəyanatda, Fransa hökumətindən Durova bütün konsulluq xidmətlərinin təcili olaraq göstərilməsini xahiş etdikləri bildirilib və BƏƏ vətəndaşlarının maraqlarının qorunmasının onların prioritetlərindən biri olduğu vurğulanıb.
Açıqlamada Durovun saxlanma səbəbi ilə bağlı məlumat verilməyib.