USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyadan Türkiyəyə Eurofighter dəstəyi

06.05.2025 Siyasət
0 0
Almaniyanın Eurofighter-in satışını əngəllədiyinə dair iddiaların rədd edilməsindən sonra İngiltərə Müdafiə naziri Mariya Eagle diqqətçəkən açıqlama verib. Eagle, parlamentdəki çıxışında, "Birləşmiş Krallıq Eurofighter Typhoon döyüş təyyarələrinin Türkiyəyə mümkün satışını dəstəkləyir" dedi.

Türkiyənin hava qüvvələrini gücləndirmək üçün dörd Avropa ölkəsinin birgə istehsal etdiyi 40 Eurofighter Typhoon döyüş təyyarəsinin alınması ilə bağlı danışıqlara Böyük Britaniyadan dəstək gəlib. Böyük Britaniyanın Müdafiə Təchizatları və Sənayesi üzrə Dövlət Naziri Maria Eagle, hökumətinin Eurofighter Typhoon-un Türkiyəyə satışına müsbət yanaşdığını açıqlayıb.

Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya ilə danışıqlar davam edərkən, Eagle-ın bəyanatı Böyük Britaniyanın prosesə dəstəyini bir daha nümayiş etdirdi.

“Böyük Britaniya Eurofighter Typhoon-un Türkiyəyə satışını dəstəkləyir”

Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ötən həftə hökumətin Türkiyəyə Eurofighter təyyarələrinin satışını əngəllədiyini təkzib etməsindən sonra Böyük Britaniyanın Müdafiə Təchizatları və Sənayesi üzrə Dövlət Naziri Maria Eagle parlamentdəki suala cavab olaraq Böyük Britaniyanın mövqeyinə aydınlıq gətirib.

Leyboristlər Partiyasından olan deputat Qrem Dauninin yazılı parlament sualını cavablandıran müdafiə naziri Eagle deyib: "Biz Almaniya ilə avadanlıq və birgə proqramlarla bağlı bir sıra məsələlərlə bağlı müntəzəm müzakirələr aparırıq. Böyük Britaniya Eurofighter Typhoon-un növbəti döyüş platforması olaraq Türkiyəyə potensial satışını dəstəkləyir".

“Danışıqlar davam edir”

Nazir Eagle həmçinin əlavə edib ki, Almaniya və digər tərəfdaş ölkələrlə sazişlə bağlı danışıqlar davam edir.