ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı proqnozunu aşağı salıb. West Texas Intermediate (WTI) xam neftinin 2025-ci il üçün orta qiymət proqnozu 61,81 dollara, Brent markalı neft isə 65,85 dollara endirilib. EIA həmçinin 2025-ci ildə ABŞ-da neft hasilatı proqnozunu gündə 13,42 milyon kubmetrə qədər yenidən nəzərdən keçirib.
ABŞ Energetika Nazirliyinə bağlı olan Enerji İnformasiya Administrasiyası (EIA) son hesabatında neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb. Hesabatda tariflər və OPEC+ hasilatının artım gözləntilərindən qaynaqlanan qeyri-müəyyənliklər vurğulanıb.
EIA, West Texas Intermediate (WTI) üçün 2025-ci il üçün orta qiymət proqnozunu 2 dollardan çox azaldaraq, bir barel üçün 61,81 dollara endirib. Brent markalı neftin əvvəlki qiyməti 67,87 dollardan 65,85 dollara endirilib.
Bundan başqa, ABŞ-ın 2025-ci il üçün neft hasilatı proqnozu sutkada 13,51 milyon kubmetrdən 13,42 milyon kubmetrə endirilib.