ABŞ prezidenti Donald Tramp cümə axşamı "böyük və hörmətli ölkə" ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqlayıb. Amerika mediasına əks olunan xəbərlərdə sözügedən ölkənin İngiltərə olduğu iddia edilib.
ABŞ administrasiyası cümə axşamı böyük ticarət sazişi elan etməyə hazırlaşır. Tramp bu razılaşmanın yeni ticarət açılışının ilk addımı olacağını bildirib.
ABŞ prezidenti Tramp “Truth Social” hesabında cümə axşamı səhər yerli vaxtla saat 10:00-da mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Tramp, "Sabah səhər saat 10:00-da Oval Ofisdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə əhəmiyyətli bir ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq. Bu, bir çox razılaşmanın ilki olacaq" dedi.
Digər tərəfdən Amerika mətbuatında əks olunan xəbərlərdə sözügedən ölkənin İngiltərə olduğu iddia edilib.