USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Çinə kritik ticarət hərəkəti: Razılaşma Cenevrədə elan edildi

12.05.2025 Siyasət
0 0
ABŞ və Çin arasında ticarət danışıqlarında mühüm mərhələyə çatıb. Ağ Evin rəsmi internet saytından verilən açıqlamada Cenevrədə keçirilən danışıqlarda ticarət razılaşmasının əldə edildiyi bildirilib.

ABŞ-ın maliyyə naziri Skott Bessent Çinlə ticarət danışıqlarının məhsuldar keçdiyini və danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirib.

ABŞ və Çin rəsmiləri arasında İsveçrədə keçirilən ticarət danışıqlarının ardından Ağ Ev öz internet səhifəsində "ABŞ Cenevrədə Çin Ticarət Razılaşmasını açıqladı" başlıqlı açıqlama yayıb.

Açıqlamada Bessent və ABŞ Ticarət Nümayəndəsi Jamieson Greerin İsveçrədə Çin ilə aparılan ticarət danışıqlarından sonra verdiyi qiymətləndirmələr yer alıb.

Xəzinədarlıq katibi Bessent, "Mən ABŞ və Çin arasında çox vacib ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyimizi bildirməkdən məmnunam" ifadələrindən istifadə edib.

Danışıqların məhsuldar keçdiyini deyən Bessent ABŞ prezidenti Donald Trampı danışıqlarla bağlı məlumatlandırdıqlarını bildirib. Bessent qeyd edib ki, sabah danışıqların təfərrüatları ilə bağlı geniş brifinq veriləcək.

ABŞ Ticarət Nümayəndəsi Greer də danışıqları “çox konstruktiv” adlandırıb.