USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransadan Rusiyaya yeni təhlükə

14.05.2025 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında gündəmdə olan atəşkəslə bağlı açıqlamalar verib. Makron, Ukrayna ilə atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayaraq, "Niyyətimiz yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdir. Bu mövzuda koordinasiyadayıq" dedi.

Makron bildirib ki, sanksiyalar Rusiyanın maliyyə xidmətlərini və neft-qaz sənayesini hədəf alıb.

Digər tərəfdən Rusiya və Ukraynanın mayın 15-də İstanbulda görüşü gözlənilir.