Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Mixaylovka qəsəbəsini ələ keçirdiklərini bildirib.
Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukrayna cəbhəsində irəlilədiyi bildirilən bəyanatda deyilir: “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Mixaylovka qəsəbəsi azad edilib” ifadəsindən istifadə edilib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində Mirolyubovka qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.