Avropa İttifaqı (Aİ) Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq məqsədi daşıyan 17-ci sanksiyalar paketini razılaşdırıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas yeni paketin xüsusi olaraq qeyri-qanuni neft daşıyan “kölgə donanmasını” hədəf aldığını açıqlayıb.
Avropa İttifaqına (Aİ) üzv ölkələr xüsusilə Rusiyanın kölgə neft daşıyıcıları donanmasını hədəf alan 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial media hesabında etdiyi paylaşımda Aİ ölkələrinin Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Ukraynada davam edən müharibəni sona çatdırmaq üçün Rusiyaya təzyiqləri artırdıqlarına diqqət çəkən Kallas, AB üzv ölkələrinin 17-ci sanksiya paketi ilə bağlı razılaşmasını müsbət qarşıladığını bildirib.
Kallas bildirib ki, yeni sanksiyalar müharibəni maliyyələşdirmək üçün qeyri-qanuni yollarla neft daşıyan Rusiyanın kölgə donanmasının böyük bir hissəsini hədəf alıb.
Tam təfərrüatları açıqlanmayan yeni sanksiyaların Rusiyanın neft ixracına qoyulan məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdiyi 200-ə yaxın tankeri qara siyahıya salacağı gözlənilir.
Bəzi üçüncü ölkə şirkətlərinin və Rusiyanın müdafiə sektoruna mal tədarük etdiyi iddia edilən bir çox fiziki və qurumların Aİ-nin sanksiyalar siyahısına əlavə edilməsi də nəzərdə tutulur.
Yeni sanksiyaların Aİ xarici işlər və müdafiə nazirlərinin mayın 20-də Brüsseldə keçiriləcək görüşündə rəsmi şəkildə təsdiqlənməsi planlaşdırılır.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.