USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

20.06.2025 Siyasət
0 0
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.

Kommersant.az xəbər verir ki, bu məsələ “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.