USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: Bizim ABŞ ilə həmişə çox mehriban münasibətlərimiz olub

07.07.2025 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Amerika Müstəqillik Müharibəsi zamanı ABŞ-a silah və maliyyə yardımı edib. Tarix boyu ABŞ ilə dostluq əlaqələri qurduqlarını deyən Putin, vətəndaş müharibəsi zamanı da Şimalı dəstəklədiklərini vurğulayıb. Putin, "Bizim ABŞ ilə çox uzun müddətdir həmişə çox mehriban və bənzərsiz münasibətlərimiz olub" deyib.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ ilə keçmiş əlaqələri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Rusiyalı jurnalist Pavel Zarubinə müsahibə verən Putin bəyan edib ki, Rusiya ilə ABŞ arasında tarixən dostluq münasibətləri olub.

1775-1783-cü illər arasında baş verən və ABŞ-ın qurulması ilə nəticələnən Amerika Müstəqillik Müharibəsinə toxunan Putin, "Bizim ABŞ-la çox uzun müddətdir həmişə çox dostluq və bənzərsiz əlaqələrimiz olub. Onların Böyük Britaniyadan müstəqillik istəyini dəstəkləmişik. Biz onları faktiki olaraq silahla təmin etmişik. Onlara maddi yardım da etmişik" dedi.