ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamaya qarşı irəli sürülən “dövlətə xəyanət” və “çevriliş cəhdi” ittihamlarına cavab verib. Obamanın ofisi ittihamları "həm absurd, həm də diqqəti yayındırmaq üçün zəif cəhd" adlandırıb. 2016-cı il seçkiləri ilə bağlı kəşfiyyat hesabatının açıqlanmasından sonra debat yenidən alovlanıb. Tramp iddia edib ki, Obama ona qarşı Rusiya ilə əlaqəli kampaniyanın başındadır və impiçment edilməlidir.
ABŞ prezidenti Donald Trampın keçmiş prezident Barak Obamaya qarşı “dövlətə xəyanət” və “çevriliş cəhdi” ittihamları Obama tərəfdən sərt cavab alıb.
Obamanın ofisi Trampın iddiaları ilə bağlı açıqlama verərək, "Bu qəribə ittihamlar həm absurddur, həm də diqqəti yayındırmaq üçün zəif cəhddir" deyib.
Bəyanat ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisinin keçən həftə açıqladığı sənədin səbəb olduğu mübahisədən sonra verilib.
Sənəddə Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə təsir göstərməyə cəhd etdiyi, lakin səsləri birbaşa manipulyasiya edə bilmədiyi bildirilir.
Obamanın ofisi bu sənədin mövcud fikirləri dəyişdirmədiyini vurğulayaraq, “Bu sənəddə “Rusiyanın səsverməyə təsir etmədiyi” kimi geniş şəkildə qəbul edilmiş nəticəni təkzib edən heç bir şey yoxdur” dedi.