USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"UniBank" xalis mənfəətini artıra bilməyib - HESABAT

26.01.2023 Problemli Banklar
14 3
“UniBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 88.1% və ya 4 milyon 131 min manat azalaraq 557 min manata enib.

Kommersant.az xəbər verir ki, bankın məcmu kapitalı 2022-ci ilin sonunda 127 milyon 609 min manat olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 milyon 687 min manat və ya 20.5% çoxdur.

AKTİVLƏR CƏMİ ARTIB

Bankın aktivlər cəmi 1 il ərzində 401 milyon 981 min manat və ya 38.7% artaraq 1 milyard 440 milyon 644 min manata yüksəlib. Bu artımın 37.4%-i kredit portfelinin üstünə düşüb. Belə ki, “UniBank”ın kredit portfeli 889 milyon 594 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 150 milyon 353 min manat və ya 20.3% çoxdur. Portfelin artımında ən böyük pay istehlak kreditlərinin olub. Belə ki, bankın müştərilərinə verdiyi istehlak kreditləri 112 milyon 18 min manat və ya 25.7% artaraq 547 milyon 206 min manata çatıb. Biznes kreditləri isə 104 milyon 907 min manat və ya 43.3% artaraq 347 milyon 325 min manata yüksəlib. “UniBank”ın daşınmaz əmlaka ayırdığı kreditlərində cüzi artım olub. Belə ki, 1 il ərzində sözügedən krediti 6 milyon 428 min manat və ya 1% artıraraq 68 milyon 62 min manata bərabər edib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 27 milyon 829 min manat və ya 33.8% azaldan bankın xalis kreditləri 835 milyon 77 min manat olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 178 milyon 180 min manat və ya 27.1% çoxdur.

ƏMANƏT YIĞIMI 4.7% ARTIB

Bankın öhdəliklər cəmi 1 il ərzində 392 milyon 381 min manat və ya 42% artaraq 1 milyard 327 milyon 248 min manata yüksəlib. Bunun 72.9%-i isə depozit portfelinin payına düşüb.

Bankın depozit portfeli 286 milyon 208 min manat və ya 40.7% artaraq 989 milyon 744 min manata çatıb. Portfelin artımında fiziki şəxslərin əmanətləri baş rolda yer alıb. Belə ki, “UniBank”ın fiziki şəxslərdən topladığı əmanətlər 1 il ərzində 200 milyon 100 min manat və ya 35% artaraq 571 milyon 257 min manata bərabərləşib. Bundan başqa bankın hüquqi şəxslərdən topladığı yığımlar isə 86 milyon 108 min manat və ya 65% artaraq 218 milyon 388 min manat olub.

KAPİTALDAKI MƏNFƏƏTİ AZALIB

Bankın cəmi kapitalı 113 milyon 395 min manatdır. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 599 min manat və ya 0.9% çoxdur. Bu artımın 7 milyon 514 min manatı da səhmdar kapitalının 0.5% artmasına görədir. Bundan başqa bankın cəmi kapitalında ümumi ehtiyatlar 1 milyon 529 min manat və ya 18.6% artaraq 9 milyon 750 min manata yüksəlib. Bölüşdürülməmiş mənfəətində isə 556 min manatlıq və ya 0.1% geriləmə olub.

ƏMƏLİYAT MƏNFƏƏTİ ARTIB

Bankın faiz gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 41 milyon 764 min manat və ya 34.4% artaraq 163 milyon 23 min manata çatıb. Bundan başqa “UniBank”ın faiz xərclərində də 35.2% artım müşahidə olunub. Bununla da bankın faiz xərcləri 56 milyon 79 min manata yüksəlib.

Nəticədə bankın xalis faiz gəliri 104 milyon 707 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 24 milyon 977 min manat və ya 31.3% çoxdur.

Qeyri-faiz gəliri 29 milyon 800 min manat və ya 75% artaraq 69 milyon 613 min manata, qeyri-faiz xərcləri isə 51 milyon 813 min manat və ya 52.9% artaraq 149 milyon 807 min manata çatıb. Bütün bu gəlir və xərclərin nəticəsində bank əməliyyat mənfəəti əldə edib. Belə ki, sözügedən mənfəət 1 il ərzində 2 milyon 963 min manat və ya 13.7% artaraq 24 milyon 513 min manata bərabərləşib.

UniBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.440.644

1.038.663

401.981

Kredit

889.594

739.241

150.353

İstehlak kreditləri

547.206

435.188

112.018

Biznes kreditləri

347.325

242.418

104.907

Daşınmaz əmlak kreditləri

68.062

61.634

6.428

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

54.516

82.345

-27.829

Xalis Kreditlər

835.077

656.897

178.180

Cəmi Öhdəliklər

1.327.248

934.867

392.381

Depozit

989.744

703.536

286.208

Fiziki şəxslərin depozitləri

771.357

571.257

200.100

Hüquqi şəxslərin depozitləri

218.388

132.280

86.108

Cəmi Kapital

113.395

103.796

9.599

Səhmdar kapitalı

138.200

130.686

7.514

Bölüşdürülməmiş mənfəət

35.039

35.595

-556

Ümumi ehtiyatlar

9.750

8.221

1.529

Faiz Gəliri

163.023

121.259

41.764

Faiz Xərci

56.079

41.473

14.606

Xalis Faiz Gəliri/Zərəri

104.707

79.730

24.977

Qeyri-Faiz Gəliri

69.613

39.813

29.800

Qeyri-Faiz Xərci

149.807

97.994

51.813

Əməliyyat Mənfəəti (Zərəri)

24.513

21.550

2.963

Xalis Mənfəət (Zərər)

557

4.688

-4.131

Məcmu Kapital

127.609

105.922

21.687

  • Əvvəlki

    Özbəkistan Rusiya ilə qaz sazişi bağlayır

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0