USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin həcmi artır - Ekspert səbəbləri açıqlayır

06.07.2023 Problemli Banklar
22 6
Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) yaydığı statistik məlumata görə, bu ilin may ayının 31-nə qədər Azərbaycan vətəndaşlarının istehlak və ipoteka kreditləri üzrə banklara olan qalıq borcları 9 milyard 488,5 milyon manat, ötən ilin iyul ayının 30-na qədər isə 7 milyard 838,3 milyon manat təşkil edib. Bu da o deməkdir ki, bir il ərzində əhalinin borcları 1 milyard 650,2 milyon manat və ya 17,40 faiz çoxalıb.

Kommersant.az məsələni bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov bildirib ki, burada müxtəlif səbəblər var:

“Səbəblərdən biri odur ki, kreditləşmənin özünün həcmi artıb.
Pandemiyadan sonra banklar yenidən aktivləşib. Və bunun da nəticələrindən biri də, kredit artdıqca problemlərin də artmağıdır”.

Ekspert deyir ki, əsas problemlərdən biri isə, istehlak kreditləri ilə bağlıdır. Burda da səbəb əhalinin gəlirlərinin azalmasıdır:
“Gəlirlər azalır, işsizlik, maaşların aşağı düşməsi və qiymətlər artır, vətəndaşların xərci artıq. Ona görə də vətəndaşlar bank kreditlərini zamanında ödəyə bilmir”.

Əkrəm Həsənovun sözlərinə görə, bu vəziyyət biznes kreditlərində də eynidir:

“Sahibkarların bir qisminin fəaliyyəti uğursuz olur. Çünki ölkədə iqtisadi inkişaf zəifləyib. Buna görə də həmin şəxslərdə kreditlərini ödəyə bilmirlər”.

Əkrəm Həsənov bu halı hələlik təhlükəli hesab etmir:
“Doğrudur hələlik bu məbləği kəskin artım hesab etmək olmaz, amma tendensiya davam edər, artımlar bu templə getsə, bank sistemi üçün təhlükəli hal ala bilər”.

  • Əvvəlki

    Nazir: "25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür"

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0