USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB” çıxılmaz vəziyyətə girir - HESABAT

01.08.2023 Problemli Banklar
52 24
“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə, sözügedən bank mənfəət vergisini ödəməməsinə rəğmən “Bank VTB”nin xalis mənfəəti 461 min manat və ya 7.42 faiz azalaraq 5 milyon 747 min manata düşüb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin kredit portfelinin artması bankın cəmi aktivərinin artmasına kömək edə bilməyib. Belə ki, bankın kredit portfeli 15 milyon 436 min manat artaraq 175 milyon 211 min manat yüksəlib. Bankın istehlak kreditləri 2 milyon 628 min manat artaraq 73 milyon 61 min manata, biznes kreditləri 7 milyon 881 min manat artaraq 58 milyon 67 min manata, daşınmaz əmlak kreditləri isə 4 milyon 928 min manat artaraq 44 milyon 84 min manata yüksəlib. Amma “Bank VTB”nin nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 16 milyon 561 min manat və ya 42.2 faiz azalaraq 22 milyon670 min manaat düşüb. Bundan başqa bankın ticarət və investisiya qiymətli kağızları 7 milyon 346 min manat və ya 30 faiz azalaraq 17 milyon 129 min manata enib. Nəticədə bankın aktivlər cəmi 4 milyon 153 min manat azalaraq 234 milyon 340 min manatadək azalıb.

Mümkün zərələr üçün yaradılan məqsədli ehtiyatını 497 min manat artıraraq 22 milyon 558 min manata yüksəltdiyi üçün “Bank VTB”nin xalis kreditləri 152 milyon 653 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 14 milyon 940 min manat çoxdur.

ŞİRƏT VƏ VƏTƏNDAŞLAR BANKDAKI PULLARINI GERİ ÇƏKİB

“Bank VTB”nin yığdığı depozitlərin həcmi 2022-ci ilin son rübü ilə müqayisədə 10 milyon 218 min manat azalıb. Bu azalmada fiziki şəxslərin depozitlərinin payı 80.7 faiz olub. Fiziki şəxslər bankdakı əmanətlərinin 8 milyon 247 min manatını və ya 12.92 faizini geri çəkərək sözügedən əmanətlərin həcmini 55 milyon 546 min manata endirib. Şirkətlər isə bankdakı əmanətlərinin 1 milyon 971 min manatını və ya 6.34 faizini geri çəkərək əmanətlərin həcmini 29 milyon 87 min manata salıb. Nəticədə bankın öhdəliklər cəmi 10 milyon 218 min manat və ya 6.4 faiz azalaraq 148 milyon 133 min mananta düşüb.

YIĞILMIŞ ZƏRƏRİ AZALIB

Səhmdar kapitalını dəyişdirməyən rusların bankı yığılmış zərərdən qurtula bilməyib. Belə ki, bankın yığılmış zərəri cəmi 2.42 faiz və ya 5 milyon 747 min manat azalaraq sözügedən zərərini 231 milyon 86 min manata salıb. Ümumi ehtiyatlatını isə 241 min manat artıraraq 1 milyon 478 min manata yüksəldən “Bank VTB”nin cəmi kapitalı 86 milyon 208 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 5 milyon 989 min manat çoxdur. Yəni, bank zərərini azaltdığı üçün kapitalını artıra bilib.

Bank VTB

2023 (II Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

234,340

238,493

-4,153

Kredit

175,211

159,775

15,436

İstehlak kreditləri

73,061

70,433

2,628

Biznes kreditləri

58,067

50,186

7,881

Daşınmaz əmlak kreditləri

44,084

39,156

4,928

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

22,558

22,061

497

Xalis Kreditlər

152,653

137,713

14,940

Cəmi Öhdəliklər

148,133

158,275

-10,142

Depozit

84,633

94,851

-10,218

Fiziki şəxslərin depozitləri

55,546

63,793

-8,247

Hüquqi şəxslərin depozitləri

29,087

31,058

-1,971

Cəmi Kapital

86,208

80,219

5,989

Səhmdar kapitalı

315,815

315,815

0

Yığılmış zərəri

-231,086

-236,833

5,747

Ümumi ehtiyatlar

1.478

1,237

241

“Bank VTB”nin faiz gəliri 1 milyon 1 min manat artaraq 13 milyon 462 min manata yüksəlsə də, bankın faiz xərcləri 272 min manat azalaraq 3 milyon 503 min manata enib. Buna görə də bank 9 milyon 462 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin ilk yarım ili ilə müqayisədə 1 milyon 73 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 4 milyon 866 min manat azalaraq 3 milyon 162 min manata, qeyri-faiz xərcləri isə 3 milyon 228 min manat azalaraq 12 milyon 145 min manata enib. Nəticədə bank 479 min manat əməliyat mənfəəti əldə edib ki, bu da keçən ilin 2-ci rübü ilə müqayisədə 565 min manat və ya 54.12 faiz azdır.

“Bank VTB”nin məcmu kapitalı 10 milyon 947 min manat artaraq 79 milyon 576 min manata yüksəlib.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.15 faiz azalaraq 2.45 faizə, kapitalının gəlirliyi (ROE) isə 1.07 faiz azalaraq 6.66 faizə düşüb.

Bank VTB

2023 (I Rüb)

2022 (II Rüb)

Fərq

Faiz Gəliri

13,462

12,461

1,001

Faiz Xərci

3,503

3,775

-272

Xalis Faiz Gəliri/Zərəri

9,462

8,389

1,073

Qeyri-Faiz Gəliri

3,162

8,028

-4,866

Qeyri-Faiz Xərci

12,145

15,373

-3,228

Əməliyyat Mənfəəti (Zərəri)

479

1,044

-565

Xalis Mənfəət (Zərər)

5,747

6,208

-461

Məcmu Kapital

79,576

68,629

10,947

ROA

2.45%

2.6%

-0.15%

ROE

6.66%

7.73%

-1.07%

  • Əvvəlki

    “Bank VTB”nin xalis mənfəəti 7.42 faiz azalıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0