USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Standard & Poor's Azər Türk Banka yüksək reytinq verdi

28.02.2023 Sərfəli Banklar
13 0
Dövlət bankı Azər Türk Bank özünün fəaliyyəti tarixində ilk dəfə olaraq beynəlxalq reytinqə layiq görülüb.

Belə ki, S&P Global Ratings beynəlxalq reytinq agentliyi Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “B+/B” səviyyəsində qiymətləndirib. Reytinqlər üzrə proqnoz “Sabit”dir.

Standard & Poor's öz rəsmi açıqlamasında bildirir ki, pərakəndə seqmentdə özünün bazar payını artırmaqda olan müxbir hesablarına xidmət sahəsində Bank güclü mövqelərə malikdir.

Agentliyin rəyinə görə Bankda risklərin idarə edilməsi üzrə idarəetmə sistemi mükəmməl səviyyədədir. Qeyd edilir ki, Bankın risklər üzrə belə bir mövqeyi növbəti ildə də davam etdirəcəyi gözlənilir.

Bildirilir ki, 2022-ci iln 9 ayı ərzində Bankın kredit porfeli 39% artmışdır ki, bu da ölkə bank sistemindəki orta göstəricidən 17% çoxdur.

Bundan əlavə rəydə qeyd edilir ki, 30 sentyabr 2022-ci il tarixinə Bankın likvid aktivlərinin həcmi cəmi aktivlərə nisbətdə 58% təşkil etmişdir.

“Bizim rəyimizə görə Bank likvidlik üzrə göstəriciləri stabil saxlayacaqdır”, deyə, bildirilir.

Rəsmi açıqlamada reytinqin komponentləri göstərilmişdir:

Emitentin kredit reytinqi “B+ / Sabit / B”

Kredit qabiliyyətinin xüsusiyyətlərinin qiymətləndirilməsi “b”

Reytinqin baza səviyyəsi “b+”

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

  • Əvvəlki

    Bankların cəmi kapitalının 64 faizi 4 bankın payına düşüb

Digər xəbərlər