USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın aktivlər cəmi - ARTIB

19.01.2024 Sərfəli Banklar
0 0
“AccessBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 223 milyon 432 min manat və ya 19.11 faiz artaraq 1 milyard 392 milyon 287 min manata yüksəlib. Bu artımın 89.6 faizi isı bankın müştərilərinə verdiyi kreditlərin payına düşüb.

Kommersant.az xəbər verir ki, sözügedən bankın istehlak kreditləri 1 il ərzində 53 milyon 322 min manat aratarq 227 milyon 537 min manata, biznes kreditləri 146 milyon 28 min manat artaraq 780 milyon 45 min manata, ipoteka kreditləri isə 866 min manat artaraq 6 milyon 183 min manata yüksəlib. Buna görə də bankın müştərilərinə verdiyi kreditlər 1 milyrd 13 milyon 765 min manata təşkil edib ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 200 milyon 216 min manat və ya 24.61 faiz çoxdur.

“AccessBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 11 milyon 304 min manat artıraraq 45 milyon 284 min manata yüksəldib. Nəticədə bankın xalis kreditləri 968 milyon 481 min manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19.04 faiz çoxdur.

  • Əvvəlki

    Yaponiya ABŞ-dan 400 ədəd Tomaqavk alacaq

Digər xəbərlər