USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın depozit portfeli - ARTIB

19.01.2024 Sərfəli Banklar
0 0
Müştərilərin “AccessBank”a yerləşdirdiyi əmanətlərin həcminin artması bankın depozit portfelini həmçinin öhdəliklər cəmini də artırıb.

Kommersant.az xəbər verir ki, fiziki şəxslərin banka əmanət etdiyi vəsaitlərin həcmi 1 il ərzində 17.12 faiz və ya 123 milyon 96 min manat artaraq 842 milyon 466 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri də 68 milyon 68 min manat və ya 48.26 faiz artaraq 209 milyon 109 min manata yüksəlib. Nəticədə bankın topladığı depozitlər 191 miyon 521 min manat və ya 22.26 faiz artaraq 1 milyard 51 milyon 575 min manata çatıb. Buna görə də “AccessBank”ın öhdəliklər cəmi 1 milyard 255 milyon 172 min manat olub ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 199 milyon 79 min manat və ya 18.85 faiz çoxdur.

  • Əvvəlki

    “AccessBank”ın aktivlər cəmi - ARTIB

Digər xəbərlər