USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank əməkdaşları arasında intellektual yarış keçirilib

11.03.2024 Sərfəli Banklar
0 0
Əməkdaşlarının asudə vaxtlarını səmərəli və maraqlı dəyərləndirmələri üçün Yelo Bank davamlı layihələr həyata keçirir. Onlardan biri isə Bankdaxili intellektual yarış olan YeLogika Pro oyunudur.

Ötən həftə yarışın yaz mövsümü yekunlaşıb. 150-dən çox əməkdaşın 27 komanda ilə yarışdığı oyun “quiz” formatında keçirilib. Gərgin, həyəcanlı və eyni zamanda maraqlı keçən oyun “Xəzinədarlar” komandasının 3-cü, “Human Capitalism” komandasının 2-ci və “Multivitamin” komandasının 1-ci yerdə qərarlaşması ilə yekunlaşıb.

Yelo Bank pozitiv iş mühitinə önəm verir. Bu səbəbdən həm baş ofis heyətini, həm də filial əməkdaşlarını müxtəlif oyunlara, yarışlara, master-klaslara, turlara və s. tədbirlərə cəlb edir. Bankın daxilində təkcə intellektual deyil, həm də futbol, boulinq komandaları formalaşdırılıb. Həftəlik yoqa dərsləri keçirilir, peşəkar həkimlər banka ödənişsiz konsultasiya və müayinə üçün dəvət edilir. Bankın əsas fəlsəfəsi əməkdaşlara kapital kimi yanaşmaq, daim onların rifahı üçün sərmayelər etməkdir. Əgər bankçılıq sahəsində karyera qurmaq və Yelo komandasına qoşulmaq arzusundasansa, Bankın aktiv vakansiya elanlarını dəyərləndir: https://bit.ly/bank-vakansiya

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    Peskov Ukrayna Silahlı Qüvvələrinin fəallığının artdığını qeyd edib

Digər xəbərlər