USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq təşkilatlardan “Bank Respublika”ya TAM GÜVƏN!

22.10.2024 Sərfəli Banklar
0 0
EBRD “Bank Respublika”ya Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsi üçün böyük məbləğdə kredit ayırıb.

Nüfuzlu beynəlxalq maliyyə təşkilatları Azərbaycanda növbəti dəfə “Bank Respublika”nı seçiblər. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün Bank Respublika ilə böyük həcmli kredit sazişi imzalayıb.

Kredit Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində Kiçik və Orta Müəssisələrin Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi və İnklüzivləşdirilməsi Proqramı çərçivəsində verilib. Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu Banka 3 il müddətinə Azərbaycan manatı (AZN) ilə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit təqdim edəcək.

Təqdim edilən vəsaitlər ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin (KOB) dəstəklənməsi üçün istifadə olunacaq. Bunlar enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların minimuma endirilməsi və karbon izinin azaldılması layihələridir.

Bu əməkdaşlığın məqsədi Azərbaycanda davamlı inkişafı dəstəkləmək və yaşıl iqtisadiyyata keçidi təşviq etməkdir. Kredit ekoloji layihələrin həyata keçirilməsi, biznes infrastrukturunun təkmilləşdirilməsi və ekoloji cəhətdən məsuliyyətli qərarların qəbuluna yönəlmiş müəssisələrin stimullaşdırılması üçün mühüm mənbə rolunu oynayacaq.