Dövlət büdcəsinə gömrük daxilolmaları artıb
09.05.2018
İqtisadiyyat
0
0
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.
"Kommersant.Az"ın DGK-nin hesabatına istinadən verdiyi məlumata görə, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.
2017-ci ilin aprel ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 25,6 faiz, ƏDV – 76,2 faiz, aksiz daxilolmaları – 94,5 faiz, yol vergisindən daxilolmalar – 11,8 faiz artıb.
Qeyd edək ki, 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.
Digər xəbərlər
16.03.2026
İqtisadiyyat
Çin iqtisadiyyatı yeni ilə istehsal, istehlak və investisiya artımları ilə başlayıb
0
0
14.03.2026
İqtisadiyyat
Meta kütləvi ixtisarlar planlaşdırır: Süni intellekt investisiyaları xərcləri artırır
0
0
13.03.2026
İqtisadiyyat
JPMorgan: İran müharibəsi Bitcoin və Qızıl ETF-lərində fikir ayrılığına səbəb olur
0
0
13.03.2026
İqtisadiyyat
Böyük Britaniya istiqrazlarının gəlirliliyi 6,5 ayın ən yüksək həddinə çatıb
0
0



.jpg)




.jpg)
.png)















.jpg)

.jpg)








































